11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Milli.Az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)