Azərbaycanda işsizlərin sayı açıqlandı

12 Avqust 2026 11:41

Bu il iyulun 1-nə Azərbaycanda 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 3,6 % çoxdur.

Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5 % artıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)