İran Parlamenti Hörmüz boğazından keçidlə bağlı yeni qanun layihəsi hazırlayır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, qanun qəbul ediləcəyi təqdirdə, "düşmən" ölkələrə məxsus hərbi və ticarət gəmilərinin İranın icazəsi olmadan Fars körfəzinə daxil olmasına qadağa qoyulacaq.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, qanun layihəsi Hörmüz boğazında İranın nəzarət və səlahiyyətlərini gücləndirməyi nəzərdə tutur.
Onun sözlərinə görə, yeni qanun parlament tərəfindən qəbul edilərsə, neft sənayesinin milliləşdirilməsindən sonra İranın ən mühüm və qabaqcıl qanunlarından birinə çevrilə bilər.
Əzizi qeyd edib ki, layihədə "düşmən" ölkələrə məxsus hərbi və ya ticarət gəmilərinin İranın icazəsi olmadan Fars körfəzinə daxil olmasının qarşısının alınması nəzərdə tutulur.
Qeyd edək ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Kaşkavi avqustun 9-da bildirib ki, Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinə yönəlmiş qanun layihəsi komissiya tərəfindən təsdiqlənib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)