"Koroğlu"da avtobus dayanacağa çırpıldı - (Foto)

12 Avqust 2026 09:50

Bakı şəhəri, Nizami rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 160 nömrəli marşrut avtobusu idarəetməni itirərək dayanacağa çırpılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)