Bu gün ilin son Günəş tutulması olacaq

12 Avqust 2026 09:33

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün - avqustun 12-də baş verəcək. Tam Günəş tutulması olacaq astronomik hadisə bir sıra ölkələrdən müşahidə ediləcək.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.

Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq. Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək. Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)