“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)

12 Avqust 2026 01:01

"Miss Turkey 2022" gözəllik müsabiqəsinin qalibi Nursena Say iş adamı Fatih Kaynarca ilə ailə qurub.

Milli.Az xəbər verir ki, təxminən beş ildir sevgili olan cütlük İstanbulda təmtəraqlı mərasimlə nikah masasına oturub. Toyda siyasət, iş və cəmiyyət həyatının tanınmış simaları iştirak edib.

Gecənin ən diqqətçəkən məqamı isə cütlüyün nikahına tam 34 nəfərin şahidlik etməsi olub.

Nikah şahidləri arasında Türkiyənin 29-cu Böyük Millət Məclisinin sədri Mustafa Şentop, 27-ci çağırış TBMM sədr müavini Sadi Süreyya Bilgiç, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, İstanbul valisi Davut Gül kimi tanınmış şəxslər yer alıb.

Bundan başqa, AK Partinin İstanbul millət vəkili Tuğba Işık Ercan, AK Parti başqanının müavini Ahmet Büyükgümüş, AK Parti İstanbul vilayət başqanı Abdullah Özdemir də nikah şahidi olub.

Mərasimdə keçmiş nazirlər, eləcə də hazırki daxili işlər, ticarət və mədəniyyət-turizm nazirliklərinin müavinləri iştirak edib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)