Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)

11 Avqust 2026 23:41

Bir neçə saatdır Təbriz səmasında qeyri-adi işıq hadisəsi müşahidə olunur.

Milli.Az axar.az-a istinadən bildirir ki, Təbriz sakinlərinin sözlərinə görə, hadisə daha əvvəl də eyni istiqamətdə - Qaradağ tərəfdən müşahidə edilib.

Məlumatlara əsasən, səmada ardıcıl işıqlar və şimşək çaxmasına bənzər parıltılar görünür. Lakin adi şimşəkdən fərqli olaraq, bu işıqlar heç bir səs müşayiəti olmadan bir neçə saat ərzində müşahidə edilib.

Hazırda hadisənin səbəbi və mənşəyi barədə dəqiq məlumat yoxdur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)