"Beşiktaş" hücumçu Duşan Vlahoviçin transferi ilə bağlı razılıq əldə edib.
Milli.Az xəbər verir ki, "Yuventus"dan ayrılan serbiyalı futbolçu İstanbul təmsilçisi ilə üçillik müqavilə imzalamağa razı olub.
26 yaşlı futbolçunun avqustun 12-də İstanbula gələcəyi gözlənilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)