ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalı Robert Gilmanın azadlığa buraxıldığını təsdiqləyib.
Milli.Az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.
"ABŞ vətəndaşı, keçmiş dəniz piyadası Robert Gilmanın vətənə qayıtdığını qürurla bildirirəm", - deyə Tramp yazıb.
ABŞ Prezidenti bildirib ki, Gilman avqustun 11-də axşam yerli vaxtla Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına gətiriləcək və burada ABŞ administrasiyasının nümayəndələri tərəfindən qarşılanacaq.
Tramp həmçinin qeyd edib ki, onun bəzi nümayəndələri azadlığa buraxılan amerikalı ilə birlikdə təyyarədədir. Lakin ABŞ Prezidenti onların kim olduğunu açıqlamayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)