Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı

11 Avqust 2026 17:42

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)