Oman körfəzində konteyner gəmisinə raket hücumu olub

11 Avqust 2026 17:19

Oman körfəzində konteyner gəmisinə raketlə hücum edilib.

Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Pakistanın Qvadar limanı yaxınlığında baş verib. Hücum nəticəsində gəminin zədələndiyi bildirilir. Hadisə zamanı ölən və ya xəsarət alanların olub-olmadığı açıqlanmayıb.

Bildirilib ki, hücuma məruz qalan "Vela Nova" konteyner gəmisi Panama bayrağı altında üzür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)