Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)

12 Avqust 2026 09:39

Müğənni Şəbnəm Tovuzlu ilə bağlı maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni Rəqsanə İsmayılovanın videoqrafı tərəfindən Şəbnəm Tovuzlu üçün yolda sürpriz çəkiliş həyata keçirilib.

Kadrlarda sənətçinin bahalı avtomobilində hərəkətdə olduğu anlar əks olunub. Gözlənilməz çəkiliş zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Şəbnəm Tovuzlunun lüks avtomobildə görüntülənməsi izləyicilərin diqqətindən yayınmayıb. Paylaşımın şərh bölməsində istifadəçilər görüntülərlə bağlı müxtəlif fikirlər səsləndirərək müzakirələr aparıblar.

Sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)