Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb

11 Avqust 2026 16:27

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin 1630-cu günü üzrə Ukrayna ordusunun itkiləri ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, nazirliyin açıqlamasını onun rəsmi nümayəndəsi İqor Konaşenkov səsləndirib.

Rusiya tərəfinin məlumatına görə, müharibənin başladığı gündən indiyədək Ukraynaya məxsus 673 təyyarə, 284 helikopter, 203 956 pilotsuz uçuş aparatı (PUA), 669 zenit-raket kompleksi, 30 534 tank və digər zirehli döyüş texnikası, 1 769 reaktiv yaylım atəş sistemi, 36 120 artilleriya qurğusu və minaatan, həmçinin 68 984 xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Qeyd olunan rəqəmlər Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanır. Ukrayna tərəfi isə Rusiyanın açıqladığı itkilərlə bağlı rəqəmləri təsdiqləməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)