Yasamalda marketdən oğurluq edən şəxs saxlanılıb

11 Avqust 2026 15:32

Yasamal rayonunda fəaliyyət göstərən marketlərdən birində soyğunçuluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 43 yaşlı A.Zahidov saxlanılıb.

Araşdırma zamanı onun daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin digər təfərrüatları araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)