Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

11 Avqust 2026 15:42

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, arabir mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28 dərəcə isti olacaq.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)