Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb.
Milli.Az xəbər verir ki, bu il avqustun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888 320-yə çatıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da 5,8 faiz artıb. Belə ödəyicilərin sayı 61 805 təşkil edib.
Avqustun 1-nə ölkə üzrə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,5 faiz artaraq 243 263-ə yüksəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)