“1 saat 10 dəqiqə ərzində 103-ü yığdım cavab verən olmadı” - (Video)

11 Avqust 2026 14:47

Paytaxtda vətəndaş ötən gecə saat 00:56-dan 02:07-dək dəfələrlə zəng etsə də, telefonuna cavab verilməyib.

Milli.Az xəbər verir ki, uşağın vəziyyəti ağırlaşıb və o, az qala can verirmiş. Kömək üçün 1 saat 11 dəqiqə ərzində 27 dəfə zəng edən şəxs heç kimdən cavab ala bilməyib.

Sonda çıxılmaz vəziyyətdə taksi çağıraraq uşağa baxa biləcək həkim axtarmağa başlayıb.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)