“Çelsi”nin qapıçısı Liqa 1 klubuna icarəyə verildi

11 Avqust 2026 13:54

İngiltərənin "Çelsi" klubunun qapıçısı Filip Yorgensen karyerasını Fransada davam etdirəcək.

Milli.Az xəbər verir ki, London klubunun 23 yaşlı qapıçısı mövsümün sonunadək "Strasburq"a icarəyə verilib. Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

Danimarkalı qolkiper yeni mövsümdə Liqa 1 təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Strasburq"un sahibi "Çelsi"nin də daxil olduğu "BlueCo" konsorsiumudur.

Yorgensen 2024-cü ildən "Çelsi"də çıxış edir. O, ötən mövsüm London klubunun heyətində 12 matçda meydana çıxıb və 17 qol buraxıb. Qapıçı bu görüşlərin ikisində qapısını toxunulmaz saxlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)