Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

11 Avqust 2026 13:09

Bu ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a bildirilib ki, onların 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Muzdla çalışanların iqtisadi fəaliyyət sahələri üzrə bölgüsü belə olub:

18,8 faiz - ticarət və nəqliyyat vasitələrinin təmiri;

17,8 faiz - təhsil;

13,9 faiz - sənaye;

8,6 faiz - əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi;

6,7 faiz - tikinti;

6,1 faiz - dövlət idarəetməsi və müdafiə, sosial təminat;

4,4 faiz - nəqliyyat və anbar təsərrüfatı;

3,9 faiz - peşə, elmi və texniki fəaliyyət;

2,4 faiz - maliyyə və sığorta fəaliyyəti;

2,3 faiz - kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq;

15,1 faiz - iqtisadiyyatın digər sahələri.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)