Çinin "Çançjen-7A" daşıyıcı raketi Haynan adasındakı Vençan kosmodromundan buraxıldıqdan təxminən 90 saniyə sonra havada partlayıb.
"Sinxua" agentliyinin məlumatına görə, raket "Çjunşin-4B" rabitə peykini orbitə çıxarmalı idi.
"The Guardian" yazır ki, hadisənin səbəbləri hazırda araşdırılır.
Qeyd edək ki, bu, "Çançjen-7A" raketinin 2020-ci ilin martında ilk uçuşundan sonra baş verən ilk qəza olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)