Azərbaycanda avqustun 10-dan etibarən 50 kiloqramlıq unun topdansatış qiymətləri açıqlanıb.
Milli.Az xəbər verir ki, hazırda ölkə üzrə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50-29,40 manat arasında dəyişir.
Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də 26,50 manat, ən bahalı un isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-də 29,40 manat təşkil edir.
Beləliklə, ilin əvvəlindən etibarən unun topdansatış qiymətinin həm aşağı, həm də yuxarı həddində artım qeydə alınıb. İlin ilk aylarında 50 kiloqramlıq unun topdansatış qiyməti 26,10-28,60 manat arasında dəyişib.
Müqayisə göstərir ki, qiymətin aşağı həddi ilin əvvəli ilə müqayisədə 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.
Avqustun 10-dan etibarən istehsalçıların müəyyən etdiyi qiymətlər belədir:
"ATS MİLL" və "Qarabağ un" MMC - 28 manat;
"Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ", "Ungrano" MMC - 28,60 manat;
"Azeri-Arapoğlu U.S. və T.LTD" BM - 29,40 manat;
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Hazartürk LTD", "Karmen", "Taxıl AQRO", "Xırman", "SKY AGRO", "Sünbül 2012", "Ağsu Taxıl", "Avrora" MMC, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" firması və "Səma" fərdi firması - 28,50 manat;
"Dəvəçi-Dəyirman" MMC - 27,20 manat;
"Dəvəçi-Taxıl" MMC - 26,50 manat;
"Gəncə Dəyirman" MMC - 28,80 manat;
"Nural" MMC - 28,75 manat;
"Orxan UN" və "Sarı Sünbül" MMC - 28,70 manat;
"Taxıl AQRO" MMC - 28,30 manat;
"Osmanlı Taxıl" MMC - 29,20 manat.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)