Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata

11 Avqust 2026 12:05

Bakının Xətai rayonunda, "Neapol" dairəsi yaxınlığında yerləşən və "Mirana Luxury" adı ilə fəaliyyət göstərən şadlıq sarayı satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, iki mərtəbədən ibarət obyektin ümumi sahəsi 2 500 kvadratmetrdir.

Şadlıq sarayında 450 nəfərlik əsas zal və 250 nəfərlik ikinci zal fəaliyyət göstərir.

Obyektin satış qiyməti 5 milyon 500 min manat müəyyənləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)