Ağcabədidə 70 sot əkin sahəsini yandıran şəxs müəyyən edildi

11 Avqust 2026 11:46

Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)