Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)

11 Avqust 2026 11:41

Əməkdar artist Vasif Məhərrəmli oğlu ilə birlikdə dənizdə istirahət edərkən kameralara tuş gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin görüntüləndiyindən xəbərsiz olduğu anlar diqqət çəkib. Kadrlarda Vasif Məhərrəmli ilə oğlunun dənizdə səmimi və rahat vaxt keçirdiyi görünür.

Ata-oğulun təbii və xoş görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Paylaşımı izləyən istifadəçilər onların səmimi münasibətinə diqqət çəkərək müxtəlif rəylər yazıblar.

Sənətçinin gündəlik həyatından olan bu kadrlar qısa müddətdə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)