Hindistanın Uttarakhand ştatından olan Renu Dhariyal qeyri-adi görünüşü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, onun saçlarının uzunluğu 2,71 metrə çatıb. Bu göstərici qadınlar arasında uzun saç kateqoriyasında yeni Guinness Dünya Rekordu kimi qeydə alınıb.
Renu Dhariyal bildirib ki, saçlarını 2015-ci ildən etibarən uzadır. O, saçlarının bu qədər uzun olmasına baxmayaraq, xüsusi və bahalı məhsullardan istifadə etmədiyini deyib.
Hindistanlı qadının sözlərinə görə, saçlarının sağlam və uzun qalmasının əsas səbəbləri düzgün qidalanma, müntəzəm qulluq və uzun müddət səbir göstərməsidir.
Bununla yanaşı, tarix ərzində qeydə alınmış ən uzun qadın saçı rekordu hələ də Xie Qiupingə məxsusdur. Çindən olan Xie Qiupingin saçları 2004-cü ildə ölçülərkən uzunluğu 5,627 metr olub.
Beləliklə, Renu Dhariyal yeni göstəricisi ilə uzun saçları ilə seçilən qadınlar arasında adını Ginnesin rekordları siyahısına yazdırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)