Ağstafada kişi meyiti aşkarlanıb.
Milli.Az APA-ya istinadla xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)