İki qadının boğulması ilə bağlı araşdırma başladı

11 Avqust 2026 10:24

Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Milli.Az Trend-ə istinadla xəbər verir ki, hadisə avqustun 10-da baş verib.

Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)