Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb

11 Avqust 2026 10:17

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi araşdırma nəticəsində yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi müəyyən olunub.

Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.

Faktla bağlı Ş.Cəfərov barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)