"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarkanın "Orhus" klubunu qəbul edəcək.
Milli.Az xəbər verir ki, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçiriləcək.
Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)