Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Ağdaş, Tərtər və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Milli.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-dən bildirilib.
Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də bir sıra transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq:
Yasamal rayonunda İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bəzi hissələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə olacaq.
Ağdaş rayonunda Qaradağlı kəndində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Tərtər rayonunda Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək fasilə yaranacaq.
Yevlax rayonunda Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 16:00-dək planlı fasilə tətbiq ediləcək.
"Azərişıq"dan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)