Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Səmədabad-Əhmədabad yolunda qeydə alınıb.
Belə ki, rayonun Xəsədərli kənd sakini, 1990-cı il təvəllüdlü A. Əsədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə, Səmədabad kənd sakini, 1986-cı il təvəllüdlü E. Əliyevin idarə etdiyi kənd təsərrüfatında istifadə olunan kiçik texnika (traktor) toqquşub.
Qəza zamanı 1990-cı il təvəllüdlü A. Əsədov, 1986-cı il təvəllüdlü E. Əliyev, 2010-cu il təvəllüdlü H. Əliyev və 1997-ci il təvəllüdlü M. Gəncinski xəsarət alıb.
Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)