Azərbaycanlı məşhur bloqerlərin anaları ilə birlikdə çəkdirdikləri fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, paylaşılan görüntülərdə bəzi bloqerlərin analarının görünüşü izləyicilərin diqqətini xüsusilə cəlb edib. Sosial şəbəkə istifadəçiləri onların analarının gözəllik baxımından qızlarından geri qalmadığını, hətta bəzilərinin onları üstələdiyini qeyd ediblər.
Fotoların şərh bölməsində maraqlı fikirlər qeyd ediblər. Bəzi izləyicilər bloqerlərin gözəlliklərinin sirrinin analarından gəldiyini bildiriblər.
Görüntülər qısa müddətdə müzakirələrə səbəb olub və paylaşımın şərh bölməsinə çoxsaylı rəylər yazılıb.
Azərbaycanlı bloqerlərin anaları ilə çəkdirdikləri diqqətçəkən fotoları təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)