Az qala hər evdə olan bu məhsul bomba kimi partladı: 6 nəfər yaralandı

10 Avqust 2026 23:07

Rüekiyənin Şanlıurfa bölgəsində marketlər şəbəkəsindən birində çanaq tıxanıqlığını açmaq üçün istifadə edilən kimyəvi maddə bomba kimi partlayıb. Partlayış nəticəsində 6 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə Haliliyyə rayonunun Əhməd Yəsəvi məhəlləsində baş verib. Marketlər şəbəkəsinin məsul şəxsi tutulan çanaq axacağını açmaq üçün su santexnikinə xəbər verib. Marketə gələn 3 santexnik mətbəx hissəsindəki çanaq axacağını açmaq üçün içinə kimyəvi maye açıcı tökərək təmizləməyə çalışıb.

Üzərinə isti su tökülən maye maddənin bomba kimi partlaması nəticəsində 3-ü santexnik, 3-ü də market işçisi olmaqla 6 nəfər yaralanıb.

Bədənlərinin müxtəlif yerlərində yanıqlar yaranan 6 nəfər çağırış üzrə hadisə yerinə gələn təcili tibbi yardım briqadaları tərəfindən ambulansla şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Polis və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor