Deniz Seki eyvanda yıxıldı, ombası sındı

10 Avqust 2026 22:52

Dəniz Səki İstanbuldakı evində gecə saat 03:30 radələrində balkona çıxarkən yıxılaraq xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı çanaq sümüyündə sınıq və onurğasında zədə aşkar edilən müğənni əməliyyat olunub.

Əməliyyatdan sonra Dəniz Sekinin bir müddət yataq rejimi saxlayacağı və hərəkətlərinin məhdudlaşdırılacağı bildirilib.

İddiaya görə, ayaqları yaş halda balkona çıxmağa çalışan Seki yerin sürüşkən olması üzündən müvazinətini itirərək yıxılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)