Süngərlərin məsaməli quruluşu su ilə yanaşı, kiçik yemək qalıqlarının da içəridə qalmasına səbəb olur. Nəm və qida qalıqları bir araya gəldikdə bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Buna görə də mütəxəssislər süngərin istifadə olunduqdan sonra yaxşıca sıxılmasını və hava alaraq quruya biləcəyi bir yerdə saxlanılmasını tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, problem təkcə süngərin özü deyil. Mətbəx çanağı çiy qidalar, boşqablar və müxtəlif mətbəx ləvazimatları ilə daim təmasda olduğu üçün çarpaz çirklənmənin baş verə biləcəyi sahələrdən biridir. Buna görə də nəm süngəri lavaboda saxlamaq əvəzinə, suyunu sıxaraq ayrı və quru yerdə saxlamaq daha məqsədəuyğun hesab olunur.
Çirkli süngərlə dəzgahı, plitəni və ya digər mətbəx səthlərini silmək süngərdəki mikroorqanizmlərin müxtəlif nöqtələrə daşınmasına səbəb ola bilər. Süngərin təmiz görünməsi onun üzərində mikroorqanizmlərin olmadığı anlamına gəlmir.
Süngəri yalnız kranın altında sudan keçirmək həmişə kifayət etməyə bilər. Buna görə də istifadədən sonra yemək qalıqlarının təmizlənməsi, suyunu yaxşıca sıxılması və tamamilə quruya biləcəyi şəkildə saxlanılması vacibdir. Pis qoxmağa başlayan və ya nəzərəçarpacaq dərəcədə köhnələn süngərlərin isə yenisi ilə əvəz edilməsi tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)