Kolumbiyada 7.4 ballıq zəlzələ - ölənlərin sayı 111-i ötüb - Yenilənib - (Foto/Video)

10 Avqust 2026 22:50

Bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ 111-dən çox insanın həyatına son qoyub.

Milli.Az xəbər verir ki, ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.

Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub.

-----------

Kolumbiyanın Antioquia əyalətindəki Medellin şəhərinin 18 kilometr cənub-şərqində 7.4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, zəlzələ yerin 93.7 kilometr dərinliyində baş verib və paytaxt Boqotada da hiss olunub.

Çoko meri Nubia Karolina Kordoba-Kuri Quibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini və Metropoliten Katedral Bazilikasının ağır zədələndiyini bildirib.

Yerin 93.7 kilometr dərinliyində baş verən zəlzələnin paytaxt Boqotada da hiss olunduğu bildirilib. 

Kordoba-Kuri təkrar yeraltı təkanlardan (afterşoklardan) narahat olduqlarını qeyd edərək qrupların ziyanın qiymətləndirilməsi işlərinə başladıqlarını açıqlayıb.
Səlahiyyətlilər bölgədəki yerli idarəetmə orqanları ilə əlaqə saxladıqlarını və zəlzələnin törətdiyi ziyanın miqyasının müəyyənləşdirilməyə çalışıldığını bildiriblər.

Zəlzələ zamanı dünyanın ən böyük kərpic tikilili katedrallarından biri olan Metropoliten Katedral Bazilikası ağır zədə alıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)