Müğənni Vəfa Şərifova sosial media paylaşımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi ona hədiyyə edilən yeni və dəbdəbəli avtomobilin görüntülərini izləyiciləri ilə bölüşüb. Vəfa Şərifova paylaşımında avtomobili ona hədiyyə edən şəxsə təşəkkürünü bildirib.
Müğənninin lüks avtomobilini nümayiş etdirməsi sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub. Paylaşım qısa zamanda müzakirələrə yol açıb və izləyicilər müxtəlif şərhlər yazıblar.
Vəfa Şərifovanın yeni avtomobili ilə bağlı paylaşımı sosial şəbəkələrdə diqqət çəkən görüntülərdən birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)