Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz yüksələrək 1 174,4 manat təşkil edib.
Məlumata əsasən, orta aylıq nominal əməkhaqqının daha yüksək olduğu sahələr sırasında mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı yer alıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)