Yasamalda açıq sahədə yanğın başladı

10 Avqust 2026 15:22

Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)