Xətaidə liftlər niyə işləmir?

10 Avqust 2026 16:34
Xətai rayonunun Sarayevo küçəsi 32 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri lift problemindən narazıdırlar.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, binada aparılan təmir işləri səbəbindən liftlər hazırda işləmir. Bu səbəbdən sakinlər mərtəbələrə qalxıb-enmək üçün pilləkənlərdən istifadə etməli olurlar.

Vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı şəxslər, uşaqlı ailələr və hərəkət məhdudiyyəti olan insanlar üçün ciddi çətinlik yaradır. Sakinlər liftlərin istismar müddətinin də başa çatdığını və yenilənməsinin vacib olduğunu deyirlər.

Onların sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələlik nəticə yoxdur. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)