Qara dənizdə hərəkət bərpa edildi - Türkiyədən yeni qərar

10 Avqust 2026 14:30

Türkiyə qısa fasilədən sonra kommersiya gəmilərinin Qara dənizə keçidinə yenidən icazə verib.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, "Aegean Dream" neft tankeri Çanaqqala boğazından keçərək Qara dənizə istiqamət alıb. Tankerin təyinat məntəqəsi kimi Rusiyanın Novorossiysk şəhərində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalı göstərilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Qara dənizdə kommersiya gəmiçiliyini gəmilərə qarşı hücum təhlükəsi ilə bağlı narahatlıqlar fonunda məhdudlaşdırdığı bildirilmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)