Müğənni Nəfəs səhhətində yaşadığı problemlə bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi Space TV-də yayımlanan "Sevilən Səhər" proqramında qonaq olarkən şiddətli mədə ağrılarından əziyyət çəkdiyini bildirib.
O, yaşadığı narahatlığın gündəlik həyatına ciddi təsir etdiyini deyib. Müğənni səhhəti ilə bağlı problemin onu uzun müddətdir narahat etdiyini vurğulayıb.
"Mədə ağrısından ölürəm, bu problemlə əlləşirəm", - deyə sənətçi bildirib.
Nəfəsin səhhəti ilə bağlı etirafı ifaçının dinləyicilərində narahatlıq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)