Masazırda mənzil alan vətəndaş 3 ildir çıxarış gözləyir

10 Avqust 2026 15:04

Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Lalə Bayramova mənzil problemi ilə bağlı şikayət edib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, üç il əvvəl "Xəzri İnşaat"dan binanın 6-cı mərtəbəsində mənzil alıb. Lakin binadakı mənzillər 2016-cı ildən satışda olsa da, bu günədək çıxarış məsələsi həllini tapmayıb.

Şikayətçi həmçinin binada su sızması probleminin olduğunu bildirib. Onun sözlərinə görə, yağışlı havalarda mənzilə ciddi şəkildə su keçir və bu səbəbdən evi satmaq da mümkün deyil. Şirkət rəhbərliyinə etdiyi müraciətlərin isə nəticəsiz qaldığını deyib.

Qarşı tərəf məsələ ilə bağlı araşdırma aparılacağı və zəruri tədbirlərin görüləcəyi bildirilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)