Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib

10 Avqust 2026 13:22

Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri vəzifəsindən geri çağırılıb, digər Sərəncamla Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sərəncamla, Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər müvafiq Sərəncamları Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)