Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Darvin Nunyes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Milli.Az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumata görə, "Trabzonspor" 27 yaşlı uruqvaylı futbolçu ilə aparılan danışıqlarda müsbət nəticəyə nail olub və tərəflər arasında prinsipial razılıq əldə edilib.
Darvin Nunyeslə bağlı transfer iddiaları bununla məhdudlaşmır. Daha əvvəl İtaliyanın iki klubunun futbolçunun xidmətində maraqlı olduğu bildirilmişdi. İngiltərə təmsilçiləri "Nyukasl Yunayted" və "Çelsi"nin də uruqvaylı hücumçunun transfer variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
27 yaşlı forvard ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 24 matçda meydana çıxıb. Bu qarşılaşmalarda Darvin Nunyes 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Trabzonspor" daha əvvəl Məhəmməd Salahla ikiillik müqavilə imzalayıb. Razılaşmaya əsasən, futbolçunun hər mövsüm 17 milyon avro gəlir əldə edəcəyi, bunun 10 milyon avrosunun zəmanətli maaş, 7 milyon avrosunun isə imza bonusu olacağı bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)