Bakıda bu küçələr piyadalaşdırılacaq

10 Avqust 2026 12:22

Bakıda bir sıra küçələrin piyadalaşdırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, növbəti mərhələdə Ə.Topçubaşov, L.Tolstoy və R.Rza küçələrində, həmçinin Y.Məmmədəliyev və L.Tolstoy küçələrinin kəsişməsində müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulur.

Bundan əlavə,  Xaqani küçəsi, eləcə də Ə.Topçubaşov və L.Tolstoy küçələrinin kəsişməsi də piyadalaşdırılacaq.

Piyadalaşdırma layihələrinin məqsədi şəhərin daha rahat, təhlükəsiz və yaşıl olmasına yönəlib.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)