Çingiz Əlioğlunun dəfn olunacağı yer məlum oldu

10 Avqust 2026 10:14

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlunun dəfn olunacağı yer məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Report-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, şairlə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Daha sonra mərhumun cənazəsi Qurd qapısı qəbiristanlığına aparılaraq orada dəfn ediləcək.

Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)