İkardidən sevgilisinə romantik jest - (Foto)

10 Avqust 2026 11:15

"Qalatasaray"dan ayrılan argentinalı futbolçu Mauro İkardi bu dəfə meydandakı çıxışı ilə deyil, şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, Vanda Nara ilə qalmaqallı münasibətindən sonra aktrisa Çin Suarezlə sevgi yaşayan futbolçu sevgilisinə etdiyi jestlə gündəmə gəlib.

Məlumata görə, cütlük münasibətlərini sosial şəbəkələrdə tez-tez paylaşdıqları romantik fotolarla nümayiş etdirir. Mauro İkardi isə sevgilisi ilə çəkdirdiyi xüsusi görüntülərdən birini fərqli şəkildə təqdim edib.

Belə ki, futbolçu həmin fotonu nəhəng tablo formasında hazırlatdıraraq evinin divarından asdırıb. İkardinin bu romantik addımı sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)