Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Milli.Az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Xancanov həyətyanı sahədə iş görərkən elektrik cərəyanının təsirinə məruz qalıb.
O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)