Messi atasının dəfn mərasimində ailəsi ilə birlikdə - (Video)

10 Avqust 2026 09:45

"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi atası Xorxe Messinin dəfn mərasimində ailə üzvləri ilə birlikdə iştirak edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, dəfn mərasimi Argentinanın Rosario şəhəri yaxınlığında yerləşən El-Prado qəbiristanlığında keçirilib. Mərasim yalnız yaxınların iştirakı ilə baş tutub və əraziyə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

Lionel Messi bir gün əvvəl həyat yoldaşı Antonela Rokuzzo və övladları ilə birlikdə Rosariyoya gedib. Dəfn mərasimində onunla yanaşı anası Seliya Kuççittini, qardaşları Matias və Rodriqo, bacısı Mariya Sol da iştirak ediblər.

Futbolçunun gəlişi azarkeşlərin də diqqətindən yayınmayıb. Həm hava limanında, həm də qəbiristanlığın qarşısında toplaşan tərəfdarlar Lionel Messiyə dəstək və başsağlığı mesajları ünvanlayıblar.

Qeyd edək ki, Xorxe Messi avqustun 8-də uzun sürən xəstəlikdən sonra 68 yaşında Rosariyodakı xəstəxanada dünyasını dəyişib. O, Lionel Messinin peşəkar karyerası boyunca onun agenti kimi fəaliyyət göstərib.

Xorxe Messinin səhhətində problemlərin olduğu barədə məlumatlar 2026-cı il dünya çempionatı zamanı yayılmışdı. İyunda Argentina millisinin Əlcəzairlə keçirdiyi ilk oyundan sonra Lionel Messi göz yaşlarını saxlaya bilməmiş və həmin günlərin onun üçün çətin keçdiyini bildirmişdi. Ailəsi isə həmin vaxt Xorxe Messinin həkim nəzarətində müalicə aldığını açıqlamışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)